Bakıda yataqxanada yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 8 iyun tarixində xəbər verir.

Paytaxtın Yasamal rayonunda doqquzmərtəbəli yataqxana binasının 6-cı mərtəbəsinin dəhlizində 1 ədəd divan və 1 poqonometr elektrik naqilləri yanıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın söndürülüb.

Bina yanğından mühafizə olunub.