Bakının Yasamal rayonunda yanğın olub. Bu haqda bu gün, 9 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

“Yasamal” parkının yaxınlığındakı boş ərazidə 0,12 ha sahədə quru ot, məişət tullantıları və kollektor tipli 2 tikilinin içərisindən keçən 20 poqonometr elektrik naqilləri yanıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.