Bakı metrosunda tanımadığı qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 10 iyun tarixində xəbər verir.

Metronun “Ulduz” stansiyasında 48 yaşlı Füzuli Məcidov (ad və soyad şərtidir – red) sərxoş halda saat 12:25 radələrində platformada qatar gözləyən qadına qarşı əxlaqsızlıq edib. Metropolitenin polisi tərəfindən saxlanılan Məcidov növbətçi hissəyə təhvil verilib.

Məhkəmənin qərarı ilə adıçəkilən şəxsə 15 sutkalıq inzibati həbs cəzası verilib.