Arvadının boğazını kəsərək qətlə yetirən şəxsə hökm oxunub. Bu haqda 10 iyun tarixində APA məlumat verib.
Pirallahı rayonunda 2021-ci ilin noyabr ayında 30 yaşlı Əsgər Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı 25 yaşlı Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Musayev 17 il müddətinə azadlıqdan məhrum edilib.