Bakıda Azərbaycan rəssamı Lətafət Məmmədova ilə görüş keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 13 iyun tarixində xəbər verir.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunacaq görüş 17 iyun, saat 19:00-da baş tutacaq.
Tədbir Azərbaycan dilində keçiriləcək.
Giriş sərbəstdir.
Lətafət Məmmədova 1973-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirib. Riqa, Vilnüs və digər Baltikyanı şəhərlərin müxtəlif bədii kollektivlərində fəaliyyət göstərərək, yaradıcılığına görə çoxsaylı mükafatlara layiq görülüb. Yaradıcılıq fəaliyyəti ilə yanaşı, o, 1980-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi kimi, daha sonra isə İncəsənət bölməsinin rəhbəri vəzifəsində çalışmışdır.