Bakı Kitab Mərkəzində psixoloq, təlimçi Fidan Nizamovanın iştirakı ilə oxu saatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 14 iyun tarixində xəbər verir.

Tədbir 17 iyun tarixində saat 15:00-da uşaqlar üçün keçiriləcək.

Bu tip tədbirlərin keçirilməsində məqsəd uşaqları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.

İştirak sərbəstdir.