“Buta Airways” aviaşirkəti iyulun 3-dən Heydər Əliyev Beynəlxalq Aeroportundan Ufaya uçuşlara başlayacaq. Bu haqda məlumat şirkətin rəsmi səhifəsində yayılıb.
Bakı-Ufa-Bakı reysləri həftədə iki dəfə – cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Buta Airways-in Rusiya şəhərlərinə bütün planlaşdırılmış reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışa çıxarılıb.
Mövcud epidemioloji məhdudiyyətlər altında uçuşa icazə verilən kateqoriyadan olan sərnişinlər daşınmağa qəbul ediləcək. Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə daxil olmaq hüququ olmalıdır.
Pandemiya zamanı Rusiyaya giriş qaydaları ilə keçidində tanış olmaq olar.
Həmçinin, koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən Azərbaycan ərazisinə giriş qaydaları ilə keçidində tanış olmaq olar.