Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilir. Bu haqda BakuPlus.az bu gün, 15 iyun tarixində xəbər verir.

Aksiya zamanı plastik butulkaları təhvil verərək bu prosesə dəstək ola və ekoçanta əldə edə bilərsiniz.

İlk aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bravo marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 18 iyun saat 11:00-14:00 saat aralığında “Bravo Koroğlu”- H.Əliyev pr. 172 ünvanında keçiriləcək.

Xüsusilə yay mövsümündə plastik butulkalardan istifadə çoxalır və nəticədə plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin təmizliyini qorumuş oluruq.