Səhiyyə Nazirliyi Bakıda meymunçiçəyinə yoluxduğu iddia edilən qadının sosial şəbəkələrdə yayılan fotosu ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 16 iyun tarixində qurumun Facebook səhifəsində məlumat yayılıb.

Açıqlamada qeyd olunur ki, həmin xəstəliyə yoluxma faktı ölkədə rəsmi olaraq qeydə alınmayıb.

Daha öncə internetin Azərbaycan seqmentində dünyada meymunçiçəyi xəstəliyinin yayılması xəbərləri fonunda cəmiyyətdə ciddi narahatlığa səbəb olan foto yayılıb.

Avtobusda çəkilmiş şəkildə sərnişinlərdən birinin qolu çiçək xəstəliyinə bənzəyən səpgilərlə örtülmüş görünür. Sosial şəbəkə istifadəçiləri postun altındakı şərhlərdə narahatlıqlarını ifadə edərək, aidiyyəti dövlət qurumlarından bu məsələyə münasibət bildirmələrini tələb ediblər.