Bakıda nasaz qaldırıcı krana görə yolda sıxlıq yaranıb. Bu haqda 16 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ziya Bünyadov ilə Atatürk prospektlərinin kəsişməsində, körpünün üstündə Koroğlu metrostansiyası istiqamətində qaldırıcı kran yolun hərəkət hissəsində nasaz vəziyyətdə dayanıb. Nəticədə yolda sıxlıq yaranıb.