Bakının YARAT mərkəzində 22 və 28 iyun tarixlərində dramaturq İsmayıl İmanın “Big in Japan” pyesinin oxunuşu keçiriləcək. Bu haqda Bakuplus.az 16 iyun tarixində YARAT Müasir İncəsənət Mərkəzinə istinadən xəbər verir.

Pyesin oxunuşunda tanınmış aktyorlar və teleaparıcılar iştirak edəcəklər.

Bu, yetkinliyə doğru ağrılı və qaçılmaz addım haqqında bəhs edən, sualların çox, cavabların az olduğu, dünyanın isə köhnə düz dam ölçüsünə qədər kiçildiyi bir hekayədir.

Oxunuş iki dəfə – 22 iyun, saat 19:30-da Azərbaycan dilində, 28 iyun, saat 19:30-da isə rus dilində keçiriləcək.

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Dramaturq İsmayıl İmanın müasir gənclərin problemləri haqqında yazdığı pyes teatr tənqidçisi Pavel Rudnev tərəfindən 2019-2020-ci il teatr mövsümünün ən yaxşı pyesləri siyahısına daxil edilib.