Bakı – Naxçıvan aviareyslərinə biletləri onlayn şəkildə almaq mümkün olub. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Visa və ya MasterCard sahibləri AZAL-ın rəsmi saytına daxil olaraq onlayn şəkildə biletləri əldə edə bilərlər. Bununla əlaqədar aviaşirkət biletin alınma prosesi haqda təlimat videoçarxı təqdim edib.
Bakı-Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletlər Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir. 18 yaşadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə münasibətdə 10 manat məbləğində endirim tətbiq olunur.