Paytaxtın iki rayonunda yaşayış binaları alışıb. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nərimanov rayonunda beşmərtəbəli binada ümumi sahəsi 20 kv.m olan mənzil 4 kv.m sahədə, Yasamal rayonunda isə eynimərtəbəli tikilidə yerləşən mənzil 20 kv.m sahədə yanıb. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.