Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində 16 yaşlı qız intihar edib. Bu haqda bu gün, 17 iyun tarixində Qafqazinfo məlumat verib.
Bildirilir ki, ötən gün saat 16:00 radələrində “Günəşli” sanatoriyasındakı sanitar qovşaqda yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.
İlkin araşdırmalara uyğun olaraq, 16 yaşlı Ə.Əliyeva sanatoriyanın həyətindəki evlərin birində yaşayıb.
Məlum olub ki, yuxarı sinif şagirdi olan qızın tanış olduğu oğlanla sevgi münasibəti yaranıb. Valideynləri ona oğlanla əlaqəni kəsməyi tapşırıblar. Universitetə daxil olmağa hazırlaşan qızın ailə üzvləri daha sonra Əliyevanın mobil telefonunu əlindən alıblar.
Bundan sonra 16 yaşlı qız sanitar qovşaqda özünü asaraq intihar edib.
Faktla bağlı araşdırma davam etdirilir.