Bakıda Gənclər Arasında Atıcılıq Turniri keçiriləcək. Bu haqda 20 iyun tarixində Bakuplus.az edumap.az-a istinadən xəbər verir.
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı Atıcılıq Mərkəzində saat 11:00-da gənclər arasında “Hədəf 12” atıcılıq turniri keçiriləcək. Turnirdə 100 nəfər gənc (yaş həddi 18-29 arası) iştirak edəcək və qalib olanlar dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. İştirak etmək istəyən şəxslər əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Müraciəti müsbət dəyərləndirilmiş gənclər komanda şəklində turnirdə iştirak edəcəklər. Qeydiyyat komanda şəklində deyil, fərdi qaydada aparılır.