Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsində itkin düşən 3 yaşlı uşaq tapılaraq valideynlərinə qaytarılıb. Bu haqda bu gün, 20 iyun tarixində Lent.az məlumat verib.

3 yaşlı oğlan, ailə üzvləri yuxuda olarkən yaşadığı evdən çıxıb.

Uşağın atası T.Məhərrəmov hadisə ilə bağlı Binəqədi RPİ-nin 5-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı küçədə tapılaraq ailəsinə təhvil verilib.