TARİXİ XƏBƏRLƏR

Bakı şəhərinin mərkəzində keçidi su basıb – YENİLƏNİB

Foto Oxu.az saytı

Nəsimi rayonunda keçidi su basıb. Bu haqda 20 iyun tarixində Oxu.az məlumat verib.

“Qış parkı” ərazisində yerləşən yeraltı keçidi su basıb. Bundan əlavə, keçidin üstündə də gölməçələr yaranıb.

Hadisənin təfərrüatları araşdırılır.

14:10 – Yenilənib

Araşdırma zamanı məlum olub ki, avtomobil yolunun üstündəki yaşıllıq zolağının suvarılması üçün nəzərdə tutulan xətdə qəza baş verib. Nəticədə keçidə su sızmağa başlayıb.

Problemin aradan qaldırılması üçün aidiyyəti üzrə məlumat verilib.

17:30 – Yenilənib

Qış parkı ərazisində yerləşən, Akademik Milli Dram Teatrının qarşısındakı piyadalar üçün nəzərdə tutulan yeraltı keçiddə su sızmasının qarşısı alınıb.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR