Nəsimi rayonunda binalarda quruculuq və yenidənqurma işləri davam etdirilir. Bu haqda 20 iyun tarixində Nəsimi Rayon İcra Hakimiyyəti xəbər verib.
Keçirilən silsilə tədbirlər çərçivəsində A.Məhərrəmov küçəsi, 4/66 ünvanında binaların həyətində quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Görülmüş işlər:
- həyətdə kök üstə qurumuş və təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, ərazidən çıxarılıb;
- yağış sularını axıdan boru və navalçalar dəyişdirilib;
- binanın həyətində olan istinad divarlarının beton konstruksiya ilə gücləndirilməsi işi aparılır.
Görüləcək işlər:
- binaların fasadı bərpa olunacaq, rənglənəcək, blokların qapı və pəncərələri yeniləri ilə əvəz olunacaq;
- hər iki binanın dam örtüyü əsaslı təmir olunacaq;
- həyətə yeni bordürlər, asfalt və tamet daşları vurulacaq;
- yeni işiqlandırma sistemi çəkiləcək.
Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni yaşıllıq zolaqlarının salınması, söhbətgahlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulub.
