25 iyun tarixində Bakının Heydər Əliyev Mərkəzinin parkında uşaqlar və yeniyetmələr üçün taekvondo üzrə ustad dərsi keçiriləcək. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az məlumat verir.
Saat 11:00-da başlayacaq təlim ikiqat Avropa çempionu, 8 qat Respublika çempionu, beynəlxalq turnirlərin qızıl mükafatçısı, Azərbaycan Respublikasının idman ustası, 2-ci Dan qara kəmər ustası Hüseyn Mehrəliyev tərəfindən aparılacaq.
Tədbirdə 6 yaşdan 16 yaşa kimi hər kəs ödənişsiz iştirak edə bilər. Seminarda iştirak etmək üçün iştirakçılar özü ilə taekvondo idman forması (dabok) gətirməlidir.