TARİXİ XƏBƏRLƏR

Akademik Milli Dram Teatrında “Medeya” tamaşasının premyerası olacaq

Foto Azdrama.az rəsmi saytı

Akademik Milli Dram Teatrında iyunun 21-də Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşanın premyerası baş tutacaq. Bu haqda 21 iyun tarixində Bakuplus.az teatra istinadən xəbər verir.

Tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir. Medeya rolunda Əməkdar artist Münəvvər Əliyeva çıxış edir.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR