Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Şərq küçəsində bir aydan çoxdur ki, kanalizasiya sistemi nasaz vəziyyətdədir. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.
Həmin küçədə su problemi aradan qaldırıldıqdan sonra sakinlər yeni çətinliklə qarşılaşıb. Artıq bir aydan çoxdur ki, daş və asfaltla doldurulmuş lükün yerində kanalizasiya suları yolun üstünə çıxır.
Sakinlərin sözlərinə görə, nəticədə küçədə çirkab sularının qoxusu yayılır, havaların isti keçməsi isə vəziyyəti daha da qəlizləşdirir.
Dəfələrlə “Azərsu” ACS-yə və Sukanal İdarəsinə müraciət olunsa da, problem hələ də aradan qaldırılmayıb.
Badamdarda kanalizasiya suları küçə boyunca axır





