TARİXİ XƏBƏRLƏR

Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

Depositphotos

Bakıda adam oğurluğunda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub. Bu haqda 21 iyun tarixində APA məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Vidadi Məlikov 14 il, Rəşad Hüseynov və Zamin Hüseynov 11 il, Şahnaz İbrahimova 10 il, Mirməhəmməd Qədirov və Elçin Babayev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin “Qanunsuz azadlıqdan məhrum etmə” maddəsi ilə təqsirli biliniblər.

Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş qismində tanınıb.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR