Bakıda 24-25 iyun tarixlərində atçılıq idman növünün konkur yarışları üzrə şəhər çempionatı keçiriləcək. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verib.
Maneələr A* və M* kateqoriyaları üzrə təşkil olunub, baryerlərin hündürlüyü 80-90 sm, 100-110 sm və 110-140 sm təyin olunmuşdur.
Yarışlar saat 10:00-da başlayacaq. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Atçılıq Federasiyası və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur.