Aeroport yolunda qəza olub. Bu haqda 21 iyun tarixində Bakuplus.az xəbər verir.
Bakı Olimpiya Stadionunun yaxınlığında “Range Rover” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Nəticədə sonuncunun sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb.
Qəza zamanı xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.