TARİXİ XƏBƏRLƏR

Bakıda qəsdən yanğın törədən şəxs yaxalanıb

Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı

Binəqədi rayonunda parkda qəsdən yanğın törədən şəxs saxlanılıb. Bu haqda 21 iyun tarixində Report məlumat verib.

6-cı mikrorayon, “Dendroloji park”ın ərazisində iyunun 14-də naməlum şəxs yanğın törədib. Yanğın nəticəsində 500 kv.m. sahədə quru ot yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar və yanğın söndürülüb. Alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar başlanıb və yanğını qəsdən törətməkdə şübhəli bilinən Emil Səmədov saxlanılıb. O, yanğını qəsdən törətdiyini etiraf edib.

Emil Səmədov barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsinə göndərilib.

Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR