Azərbaycanlı qadın professor Aida Hüseynova vəfat edib. Bu haqda bu gün, 21 iyun tarixində Oxu.az xəbər verib.
Musiqişünas, müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktorunun ölüm səbəbi açıqlanmayıb.
Professor Aida Hüseynova 1964-cü ildə Bakıda anadan olub. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, ABŞ-ın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və başqa universitetlərində, həmçinin Böyük Britaniyanın Kembric Universitetində mühazirələr oxuyub.
2008-ci ildən ABŞ-ın İndiana Universitetinin Jacobs Musiqi Məktəbində müəllimlik edib.