Bakının Landmark Rotunda və Orange Grove məkanlarında 25-26 iyun tarixlərində İtaliyanın qastronomik əyləncə festivalı baş tutacaq. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.
Festival İtalian Piazza layihəsi tərəfindən təşkil olunur.
Saat 12:00-dan 19:00-dək qonaqları İtaliya bazarı, Bakının ən yaxşı italyan aşpazlarından ləzzətli yeməklər, oyunlar, kokteyllər, şərab və İtalyan Kəndinin rahat atmosferi gözləyir.
Festivala giriş hər kəs üçün pulsuzdur.