TARİXİ XƏBƏRLƏR

Bakıda yerli LED lampalar, «smart TV box»-lar və modemlər istehsal edəcək zavod tikiləcək

Envato

Bakıda ilk dəfə elektron plata və LED lampaları zavodu inşa olunacaq. Bu haqda 21 iyun tarixində FED.az məlumat verib.

Bu günlərdə «Troniq» MMC tərəfindən Yüksək Texnologiyalar Parkında 1500 kv.m ərazini əhatə edən plata və LED lampaların istehsalı ilə məşğul olacaq zavod tikiləcək. 2022-ci ilin sonunadək bu zavodun istifadəyə verilməsi planlaşdırılır. Müəssisənin təqdim edəcəyi LED lampalar ətraf mühit üçün zərərsizdir, onun tərkibində civə, ultrabənövşəyi, infraqırmızı şüalanma yoxdur.

Bundan başqa həmin zavodda yerli proqram təminatı əsasında “smart TV box”-ların, modemlərin idarəetmə sistemlərinin işlənilməsi mümkün olacaq. Bununla da yerli modemlərin istehsalı kənardan ölkəyə müdaxilələrin də qarşısını alacaq.

«Troniq» MMC yerli cihaz və avadanlıqların istehsalını həyata keçirir.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR