TARİXİ XƏBƏRLƏR

Bakıda özlərini nazirliyin əməkdaşı kimi təqdim edən 2 nəfər vətəndaşlara 31 min manat ziyan vurublar

Depositphotos

Bakıda özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxsə hökm oxunub. Bu haqda 21 iyun tarixində Report məlumat verib.

Bakıda bir neçə nəfərə qarşı etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etməkdə təqsirləndirilən Qumru Vəliyeva və Qalib Orcəlizadəyə hökm oxunub. Hökmə əsasən, hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, Vəliyeva özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin səlahiyyətli əməkdaşı kimi təqdim edib.

Onun aldatdığı vətəndaşlara verdiyi vədlər:

  • əlilliklə əlaqədar təyin edilmiş pensiyanın məbləğinin artırılaraq aylıq 450 manat verilməsi,
  • ünvanlı dövlət sosial yardım təyin etdirmək,
  • Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi torpaq sahəsinin məhkəmə qaydasında alınması;
  • psixi pozuntuları ilə bağlı aldığı əlilliyə görə pensiya müddətinin 5 ilə  artırılması.

Araşdırma zamanı məlum olub ki, Vəliyeva Orcəlizadə ilə birlikdə vətəndaşlara qarşı dələduzluq edib.

Onlar ümumilikdə vətəndaşlara 30.970 manat ziyan vurublar.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR