MTN generalının məhkəməsində intihara cəhd hadisəsi baş verib. Bu haqda 21 iyun tarixində Qafqazinfo məlumat verib.

Bakı Hərbi Məhkəməsində MTN generalı Mövlam Şıxəliyevin cinayət işi ilə əlaqədar iclas keçirilib. İclasın gedişi zamanı zərərçəkən Əfsəl Həsənəliyev vəsatətlərinin təmin olunmamasına etiraz olaraq məhkəmə zalında özünü yandırmağa cəhd edib. Məhkəmə zalının nəzarətçisi və polis əməkdaşları dərhal müdaxilə ediblər və hadisənin qarşısını alıblar. Həsənəliyev zaldan çıxarılıb.

Ə.Həsənəliyev Mövlam Şıxəliyevin göstərişi ilə girov götürüldüyünü, 5 ay qanunsuz olaraq həbsdə saxlanıldığını bildirir. Onun sözlərinə görə, ailəsindən 50.000 dollar alınıb.