TARİXİ XƏBƏRLƏR

Bakı Zooparkında fotoqraflar arasında müsabiqə keçiriləcək

Foto Bakı Zooloji Parkın rəsmi İnstagram səhifəsi

Bakı Zooloji Parkında fotomüsabiqə keçiriləcək. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.

Müsabiqədə bütün peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər.

Musabiqənin qaydaları:

– Yalnız bir şəkil göndərilə bilər;

– Fotolar elektron şəkildə JPG formatında [email protected] ünvanına göndərilməlidir;

– Şəklin başlığı, fotoqrafın adı, telefonu və e-poçtu daxil olmaqla, əlaqə məlumatı təqdim edilməlidir;

– Daxil olan fotoşəkillərdən ictimai səsvermə üçün seçilmiş şəkillər səhifəmizdə paylaşılacaq;

– Ən çox bəyənilən şəkil qalib olacaq.

Şəkillər iyulun 20-dən gec olmayaraq göndərilməlidir. Qalib hədiyyə qazanacaq.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR