TARİXİ XƏBƏRLƏR

Basketbol üzrə 3×3 Azərbaycan kuboku keçiriləcək

Foto Azərbaycan Basketbol Federasiyasının Facebook səhifəsi

İyul və avqust aylarında Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən 3×3 basketbol üzrə turnir keçiriləcək. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az federasiyanın mətbuat xidmətinə istinadən məlumat verir.

Yarış 4 mərhələdən və finaldan idarət olacaq:

1-ci mərhələ 3 iyul, Bakıda;

2-ci mərhələ 17 İyul Gəncədə;

3-cü mərhələ 24 İyul Bakıda;

4-cü mərhələ 7 avqust;

Final 21 avqust tarixində baş tutacaq.

4-cü mərhələnin və finalın keçiriləcəyi yer hazırda məlum deyil.

Hər mərhələdə 12 komanda çıxış edəcək. Turnir cədvəlində ilk 4 yeri tutan komandalar finala vəsiqə qazanacaq. Oyunlar kişilər arasında keçirilir, yaş həddi – 16 yaş və yuxarı.

Həmçinin 25-26 avqust tarixlərində ABF 3×3 Azərbaycan Super kuboku baş tutacaq.

Qeydiyyatdan keçmək üçün əlaqə nömrəsi: +994 51 316 18 21 (WhatsApp)

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR