TARİXİ XƏBƏRLƏR

Binəqədi rayonunda yerləşən bağda ağaclar quruyur

Foto Baku TV rəsmi saytı

Paytaxtın Binəqədi rayonu ərazisində, zeytun bağı adlanan yerdə ağacların əksəriyyəti qurumaq üzrədir. Bu haqda BakuTV reportaj hazırlayıb.

Sakinlərin sözlərinə görə, zeytun bağına nə su verilir, nə ağacların gövdələri əhənglənir, nə də ki dərmanlanır. Burada yaşayan digər sakinlər bağa hər gün baxım olduğunu desələr də, ağaclar quruyur, yarpaqlarını isə qurd yeyir.

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Yaşıllaşdırma idarəsinin Binəqədi rayonu üzrə əməkdaşı isə deyilənləri təkzib etdi. Əksinə, ağaclara vaxtlı-vaxtında qulluq edildiyini söylədi. Lakin o qeyd etdi ki, ərazidə müvafiq sistem olmadığına görə, qurum suvarma maşınlarını istifadə edir.

Bir sözlə, aidiyyəti qurumlar ağacların qurumasını ərazidə su xəttinin olmaması ilə əlaqələndirir. Sakinlər isə onların bu məsələyə biganə yanaşdıqlarını düşünürlər.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR