Bakıda gənc oğlan bıçaqlanıb. Bu haqda 21 iyun tarixində APA məlumat verib.
Binə qəsəbəsində 23 yaşlı Rəhman Babayev tanımadığı şəxslə əlbəyaxa dava edib. Bu zaman o, boyun və kürək nahiyəsindən ümumilikdə 7 bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.