“Azərsu” ASC Xəzər rayonunun su təchizatı üçün xərclənəcək vəsaitin məbləğini açıqlayıb. Bu haqda 21 iyun tarixində Report məlumat verib.
Adıçəkilən qurum “Real-İnşaat” MMC və “Arıkan İnşaat Taahhüt ve Sanayi Anonim Şirketi” ilə 7,441 milyon manatlıq müqavilə imzalayıb. Vəsait Binə qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərində xərclənəcək.