TARİXİ XƏBƏRLƏR

“Buta Airways” aviaşirkəti Rusiyaya daha bir marşrutu bərpa edir

Foto Buta Airways Facebook səhifəsi

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyulda Bakıdan Moskva yaxınlığındakı “Jukovskiy” hava limanına uçuşları bərpa edəcək. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.

Uçuşlar iyulun 1-dən etibarən həftədə iki dəfə – cümə və bazar günləri yerinə yetiriləcək.

“Buta Airways”-in Rusiya şəhərlərinə bütün planlaşdırılmış reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, həmçinin aviaşirkətin rəsmi www.butaairways.az saytında satışa çıxarılıb.

Uçuşdan əvvəl Rusiyaya səyahət etməyi planlaşdıran bütün sərnişinlərə bu ölkəyə daxil olarkən qüvvədə olan qaydaları və məhdudiyyətləri öyrənmələri tövsiyə olunur. Pandemiya zamanı ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında https://www.butaairways.az/ru/covid/russia keçidi ilə tanış olmaq olar.

Azərbaycana giriş qaydaları ilə bağlı məlumatı https://www.butaairways.az/ru/covid/azerbaijan linkindən əldə etmək olar.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR