26 iyun tarixində Bakının Heydər Əliyev Mərkəzinin parkında uşaqlar və böyüklər üçün savat (fransız boksu) üzrə məşq keçiriləcək. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verir.
Saat 09:00-da başlayacaq dərs Dünya və Avropa çempionu Elvin Səfərov və gənclərdən ibarət komandanın baş məşqçisi Taleh Nağızadə tərəfindən aparılacaq.
Tədbirdə 5 yaşdan yuxarı hər kəs ödənişsiz iştirak edə bilər. Geyim tərzi: savat geyim forması (idman ayaqqabısı, köynək, şalvar).