TARİXİ XƏBƏRLƏR

Kürdəxanıda 17-ci əsrə aid olan hamam zibilin içindədir: rəsmi qurum açıqlama verib

Foto BizimMedia.az saytından

Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 17-ci əsrə aid olan hamamın məişət tullantıları ilə çirklənməsinin görüntüləri sosial şəbəkələrdə yayılıb. Bu haqda bu gün, 21 iyun tarixində Bizim.Media məlumat verib.

Yayılan fotolarda eyvanı butulka və plastik paketlərlə dolu olan orta əsr hamamının fasadı əks olunub. Təqdim edilən şəkillərə əsasən, hamam bu yaxınlarda bərpa olunub və divarına Mədəniyyət Nazirliyi tərəfindən lövhə quraşdırılıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, bir gün ərzində əraziyə baxış keçirilməsə, vəziyyət yenə belə olacaq.

“Hər abidənin önündə abidə mühafizəçisi dayanıb keşik çəkməlidir deyə bir qayda yoxdur. Abidə mühafizəçiləri ərazi üzrə bir neçə abidəyə nəzarət edir. Dünyanın heç bir ölkəsində abidələrin hamısını hasara alıb, günlük mühafizə təşkil etmirlər. Belə hallara əhali də məsuliyyətli yanaşmalıdır. Bu abidələr tək dövlətin deyil, hər kəsindir. Ona görə də abidələri qorumaq hər kəsin borcudur”, – deyə Allahyarova öz fikirlərini bildirib.

17:37 – Yenilənib

Bu gün, Mədəniyyət Nazirliyi ilə əlaqə saxlanıldıqdan sonra ərazi abidə mühafizəçisi və aidiyyəti üzrə rayonun kommunal təsərrüfat xidmətinin əməkdaşları ilə birlikdə təmizlənib.

Foto BizimMedia.az saytından
Foto BizimMedia.az saytından
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR