Azərbaycanda karantin rejimi 1 sentyabr tarixinədək uzadıldı. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az Nazirlər Kabinetinə istinadən məlumat verir.

Qərara əsasən, bu gündən etibarən bəzi məhdudiyyətlər ləğv olunur:

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;

– şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.

Karantin rejimi 28 fevral 2020-ci ildən ölkə ərazisində tətbiq olunmuşdur.