Yüksək maaşlı işə düzəltmək adı ilə insanları aldadan qadın saxlanılıb. Bu haqda 21 iyun tarixində Qafqazinfo məlumat verib.
Bakı şəhər sakini Lalə Zeynalova Lənkəran rayonunda 17 vətəndaşı aldadaraq pullarını ələ keçirib. Qadın zərərçəkənlərin etibarından istifadə edərək yüksək məvacibli işlə təmin olunma və digər məsələlər barədə yalandan vədlər verib və onlardan pul alıb.
Lənkəran polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Lalə Zeynalova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, əvvəllər Bakıda da etdiyi analoji cinayət əməllərinə görə axtarışda olub.