TARİXİ XƏBƏRLƏR

Nəsimi rayonunda “059” adlı çay evinin sahibi polisi təhqir edərək hədə-qorxu gəlib

Foto BizimMedia.az saytından

Bakıda məşhur çay evinin sahibi polisə hədə-qorxu gəlib. Bu haqda 21 iyun tarixində Bizim.Media məlumat verib.

Nəsimi rayon sakinləri polisə müraciət edərək, R.Məmmədov küçəsində yerləşən “059” adı ilə fəaliyyət göstərən çay evində quraşdırılan mavi sayrışan işıqlar barəsində şikayətlərini bildiriblər. Şikayət əsasında çay evinə gələn polislər dəfələrlə xəbərdarlıq etsələr də, obyektin sahibi, Ruslan adlı şəxs deyilənlərə məhəl qoymayıb və izahat yazmaq üçün polis bölməsinə getməkdən imtina edib. Nəticədə polis və çay evinin sahibi arasında gərginlik yaranıb, Ruslan nalayiq ifadələrdən istifadə edərək heç nədən qorxmadığını bildirib.

Hadisə yerinə əlavə olaraq polis əməkdaşları dəvət edilib və onların köməkliyi ilə Ruslan 19-cu polis bölməsinə gətirilib. Şöbədə olarkən Ruslan polis əməkdaşlarına hədə-qorxu gəlib, onları işdən çıxartdıracağını bildirərək izahat verməkdən imtina edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin “Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə” maddəsi ilə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ruslan 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR