TARİXİ XƏBƏRLƏR

Nizami rayonunda əmisinin avtomobilini qaçıran yeniyetmə avtoş saxlanılıb

Foto Avtosfer.az saytı

Əmisinin maşınını qaçıran yeniyetmə “avtoşluq” edərkən saxlanılıb. Bu haqda 21 iyun tarixində Avtosfer.az məlumat verib.

Nizami rayonu, Qara Qarayev prospektində “Mercedes” markalı avtomobili idarə edən və yol hərəkəti qaydalarını kobud şəkildə pozan 16 yaşlı Ramal Əlizadə saxlanılıb. O, polis tərəfindən “saxla” əmrinin verilməsinə məhəl qoymayıb. Bununla da A.Manafov və Özbəkstan küçələrində də qayda pozaraq qaçmağa davam edib.

Nəhayət, yol polisi tərəfindən saxlanılan şəxsin yeniyetmə olduğu, sürücülük hüququ və digər sənədlərinin isə olmadığı üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, Ramal Əlizadə əmisinin icazəsi olmadan avtomobilini götürərək idarə etməyə başlayıb.

Onun barəsində toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib və Məhkəmənin hökmü ilə Ramal Əlizadə 500 manat cərimə edilib.

Foto Avtosfer.az saytı
Foto Avtosfer.az saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR