Bakının mərkəzində yol-nəqliyyat hadisəsi nəticəsində sıxlıq yaranıb. Bu haqda bu gün, 21 iyun saat 12:00 radalərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hadisə Ü.Hacıbəyli küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsində baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində yollarda sıxlıq yaranıb.