TARİXİ XƏBƏRLƏR

Suraxanı rayonunda qanunsuz heyvan kəsimi ilə məşğul olan sahibkarlar cəzalandırılıb

Foto AQTA-nın rəsmi səhifəsi

Bakıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər keçirilib. Bu haqda 21 iyun tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

AQTA qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirib.

Nəzarət tədbirləri zamanı Agentliyin müfəttişləri tərəfindən Suraxanı rayonunda qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi ünvanlar aşkar edilib. Pozuntular Bülbülə və Yeni Suraxanı qəsəbələrində keçirilən reyd zamanı üzə çıxıb.

Məntəqə sahiblərinə xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları sökülüb.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR