TARİXİ XƏBƏRLƏR

Vətən müharibəsi şəhidi Aqşın Novruzovun adı əbidələşib

Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı

Bakıda şəhidin adını daşıyan xatirə lövhəsinin açılış mərasimi baş tutub. Bu haqda 21 iyun tarixində Nəsimi rayon İcra Hakimiyyəti xəbər verib.

Lütfi Zadə adına Texniki Humanitar Liseydə Vətən müharibəsi şəhidi Aqşın Novruzovun adını daşıyan xatirə lövhəsinin açılış tədbirində İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə şəhidin xatirəsi anılıb və onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs edilib. Tədbirdə liseyin şagirdlərinin ifasında şeirlər və kompozisiyalar nümayiş etdirilib.

Sonda şəhidin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.

Aqşın Novruzov 13 oktyabr 2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR