TARİXİ XƏBƏRLƏR

Vətən müharibəsi qazisi Mobil Əhmədzadənin toy mərasimi baş tutub

Foto Mobil Əhmədzadənin İnstagram səhifəsi

Vətən müharibəsi qazisi, 2-ci dərəcəli müharibə əlili Mobil Əhmədzadənin toyu olub. Bu haqda 21 iyun tarixində Bakuplus.az məlumat verib.

23 yaşlı Əhmədzadənin toyu ötən gecə Bakıdakı “Grand Opera” şadlıq evində baş tutub. Məclisdə dövlət qurumlarının rəsmiləri, tanınmış simalar iştirak ediblər.

Mobil Əhmədzadə Bakıda anadan olub. O, Vətən müharibəsi zamanı Şuşa yolunda yaralanaraq 5 gün ac-susuz meşədə qalıb və huşsuz vəziyyətdə olub. 13 noyabr erməni əsirliyinə düşüb və 35 gün orada qalıb. Əsir qaldığı vaxt onun ayağı amputasiya olunub. Qəhrəman 2020-ci ilin dekabrında əsirlikdən azad edilərək Bakıya gətirilib.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR