TARİXİ XƏBƏRLƏR

Xəzər rayonunda 2 nəfər xam neft oğurlamaq istəyərkən saxlanılıb

Foto Report.az saytı

Xəzər rayonunda neft oğruları peyda olub. Bu haqda 21 iyun tarixində Report məlumat verib.

H.Z.Tağıyev adına neft-qaz çıxarma idarəsinin mədən ərazisində yerləşən neft anbarlarından bir neçə dəfə oğurluğa cəhd olub. Zamiq Məmmədzadə yeraltı neft anbarından xam neft oğurlamaq istəyərkən SOCAR-ın mühafizəçiləri tərəfindən saxlanılıb.

Əraziyə baxış keçirilərkən Z.Məmmədzadənin özü ilə gətirdiyi xüsusi nasos aşkarlanıb. Məlum olub ki, o, avtomobilində 2 tonluq çən gətirib.

Oxşar oğurluğa cəhd halı bir neçə gün öncə qeydə alınıb. Emin Bəkirov gecə saat 03:00 radələrində 99-VF-168 nömrəli “Ford” markalı avtomobil ilə xam neft oğurlamaq istəyərkən mühafizəçilər onu yaxalayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Foto Report.az saytı
Foto Report.az saytı
Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR