TARİXİ XƏBƏRLƏR

YARAT Film Klubu çərçivəsində iki qısametrajlı film təqdim olunacaq

Foto Artım-ın İnstagram səhifəsi

Bakının ARTIM Layihə Məkanında 23 iyun tarixində qısametrajlı filmlərin nümayişi baş tutacaq. Bu haqda bu gün, 21 iyun tarixində Bakuplus.az məlumat verib.

YARAT Kino Klubu çərçivəsində beynəlxalq festivallarda qalib olan 2 filmi izləmək mümkün olacaq.

“Orizuru”

Rejissor: Nihad J. və Elgün Quliyev

Təsvir rejissoru: Səddam Mehdiyev

Müddət: 32 dəq.

Dil: Azərbaycan, ingilis altyazıları ilə

Yapon incəsənəti ilə maraqlanan sinif nümayəndəsi, dərslərə laqeyd yanaşan sinif yoldaşının məzun olmasına kömək etmək məqsədilə məktəb jurnalındakı qaiblərə düzəliş verir.

“İki yol”

Rejissor: Səddam Mehdiyev və Murad Hüseynov

Təsvir rejissoru: Ziko Hikmətov

Müddət: 18 dəq.

Dil: Özbək, ingilis altyazıları ilə

XVI əsr, Böyük ipək yolu. Film tacir ata ilə oğlunun gərgin münasibətlərindən bəhs edir.

Kino nümayişi ARTIM layihə məkanında 23 iyun, saat 20:30-da baş tutacaq.

Yaş məhdudiyyəti yoxdur, yerlər məhduddur. Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

Share on facebook
Share on telegram
Share on whatsapp
BU BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR