Bakıda həbsxanada məhbus ölüb. Bu haqda 22 iyun tarixində Qafqazinfo məlumat verib.
Penitensiar Xidmətin Nərimanov rayonu ərazisində yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbus, 22 yaşlı İmran Nağıyev infarkt səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
İmran Nağıyev Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.