Paytaxtın daha bir rayonunda ağacların dibi asfaltdan təmizlənib. Bu haqda 22 iyun tarixində ARB məlumat yayıb.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, 12 ünvanında illər öncə yolun asfaltlanması zamanı 5 ağacın (3 şam, 2 zeytun) dibinə asfalt vurulmuşdur. Nəticədə ağacların inkişafı dayanmışdır.
Sakinlərin şikayətindən sonra, ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib.